Məhkəmə-tibbi ekspertizaları ölüm vaxtını genlərə görə müəyyənləşdirəcək

Portuqaliyanın Portu Universitetinin genetiki Pedro Fereyranın rəhbərlik etdiyi qrup ölümdən 24 saat sonra hüceyrələr üzrə yayılan genlərin aktivliyinin dəyişikliklərini tədqiq edib. Əslində, hətta beyində elektrik aktivliyi tam dayanandan sonra bədən toxumaları dərhal məhv olmur. Balıqlar üzərində aparılan eksperimentlərdən məlum olub ki, bəzi genlər ölümdən sonra bir neçə gün ərzində aktivliyini qoruyur.

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən dezoksiribonuklein turşusunun (DNT) aktiv genləri əsasında sintez edilən və zülalların sintezi üçün matrisa rolunu oynayan ribonuklein turşusu (RNT) molekullarının analizi aparılıb. Bəzi hüceyrələrdə bu proseslər orqanizm öləndən sonra uzun müddət - biokimyəvi reaksiyalar üçün bütün mümkün enerji və ya substrat ehtiyatları tükənənədək davam edə bilər.

Məlumata görə, bu aktivliyi alimlər ölümdən 29 saat sonrayadək 500 donordan alınan 36 müxtəlif hüceyrə nümunəsi üzərində tədqiq ediblər. Məlum olub ki "post mortem" genlərinin fəaliyyəti fərqlənir, lakin kompüter analizi öyrənilməsi ölüm vaxtını dəqiqliklə müəyyənləşdirməyə imkan verəcək 4 toxuma tipini (dərialtı piy, ağciyər hüceyrələri, qalxanvarı vəzi və günəş işığına açıq dəri sahələri) seçməyə imkan verib.

P.Fereyra və onun həmkarları tərəfindən ekspertiza üçün istifadə edərək 4 toxumanın tədqiqini aparmaqla ölüm vaxtını nəzəri baxımdan 9 dəqiqəyə dəqiqliklə müəyyənləşdirməyə imkan verən alqoritm hazırlanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR