8 yaşlı qızın başına gələnləri danışan həkim hönkürdü - işgəncə, təcavüz, ölüm... 

Həkim məhkəmə zalında 8 yaşlı uşağa edilən təcavüz və işgəncədən danışarkən göz yaşlarına hakim ola bilməyib. O, hakimdən icazə alaraq zalı tərk edib.  Florida ştatında 61 yaşlı Donald James Smith 8 yaşlı Cherish Perrywinkle-ə təcavüz edib, onu işgəncə ilə öldürüb. O, supermarketdə gördüyü uşağı aldadıb, onu McDonaldsa aparacığını söyləyib. Uşağı mikroavtobusa mindirən kişi onu qaçırdıb, zorlayıb və işgəncə ilə öldürüb.

Uşağın cəsədini ekspertiza edən həkim məhkəmə zalında ona edilən işgəncədən bəhs edərkən göz yaşlarına hakim ola bilməyib. O, hakimdən icazə istəyib, ağlayaraq zalı tərk edib.

Fotoları təqdim edirik. Milli.az xarici mətbuata istinadla xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR