Britaniya şahzadəsinin nişanlısı gizlincə məscidə gedir... - “Emirates Woman”

Böyük Britaniya  şahzadəsi Harrinin nişanlısı şahzadənin mərhum anası şahzadə Diananın nümunəsini davam etdirərək London məscidlərindən birini ziyarət edib. Bu haqda"Emirates Woman" nəşri xəbər yayıb. Bu ilin mayında kraliça Yelizavetanın nəvəsi ilə evlənməyə hazırlaşan amerikalı aktrisa Meqan Markl ziyarət üçün Grenfell göydələninin yanmasından əziyyət çəkən sakinlərə digərlərindən öncə qucaq açmış Şimali Kensinqtondakı məscidi seçib.

Xatırladaq ki, 2017-ci ilin iyununda meydana gələn yanğın 24 mərtəbəli göydələnin çoxu müsəlman olmaq üzrə 71 sakininin həyatına son qoyub. Həmin fəlakət nəticəsində yüzlərlə londonlu evsiz-eşiksiz qalmışdı.O zaman Əl-Manar məscidi evlərini itirmiş hər kəsə qapılarını açdı və bir müddət Grenfell göydələninin sakinlərinə sığınacaq oldu. Meqan Markl nişanlısının xəbəri olmadan ən azı iki dəfə sözügedən məscidi ziyarət edib. Bu haqda mediaya məsciddə olan mənbələrdən məlumat verilib.

Qeyd etmək lazımdır ki, şahzadə Harrinin anası-mərhum şahzadə Diana dəfələrlə dostluq və xeyirxahlıq missiyaları ilə müsəlman ibadətgahlarını ziyarət edib. Moderator.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR