Saakaşvili Polşaya kimin təyyarəsilə aparılıb?

Mixail Saakaşvili Kiyevdən Polşaya Ukrayna Prezidenti Pyotr Poroşenkoya məxsus təyyarə ilə aparılıb. Bu sözləri öz Feysbuk səhifəsində ukraynalı deputat İqor Luçenko paylaşıb. Onun sözlərinə görə, Saakaşvilini Varşavaya "Beechcraft Premier I" təyyarəsi ilə göndərilib.

O, bu təyyarənin Poroşenkonun Panamadakı ofşor "Sky Center Holding Corp." şirkətinə aid olduğunu bildirib. Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR