Putin və Böyük Rusiya planı... – Nazirin yalanı

Rusiya Prezidenti Vladimir Putinlə görüşüm və bu zaman onun Böyük Rusiya planları haqda məlumat almağımla bağlı açıqlamalarım uydurmadır. Bu sözləri Niderland Xarici İşlər naziri Halbe Zijlstra deyib. O, yerli mətbuata açıqlamasında bu barədə məlumatları başqa birindən öyrəndiyini, o vaxt seçkidə xal qazanmaq üçün belə bir yalan uydurduğunu etiraf edib.

Niderland Baş naziri Mark Rutte isə Zijlstranın yalan danışmaqla böyük səhvə yol verdiyini, lakin hökumətin vacib üzvlərindən olduğu üçün vəzifəsinin icrasına davam edəcəyini söyləyib.

Qeyd edək ki, Zijlstra iki il əvvəl seçim kampaniyası zamanı 2006-cı ildə Putinlə şəhərdən kənarda yerləşən evində görüşdüyünü və onun Böyük Rusiya və qonşuluqdakı ölkələr haqqında planları barədə məlumatlı olduğunu söyləmişdi. Axar.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR