ABŞ-da xüsusi mayedə həll ola bilən elektron dəri yaradılıb

Kolorado Universitetinin mühəndisləri tərəfindən hazırlanmış elastik elektron dəri zədələnərkən bərpa olmaq qabiliyyətinə malikdir, həmçinin sonrakı emal üçün xüsusi mayedə tamamilə həll edilə bilər.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, nazik material formasında hazırlanmış elektron dəri insan dərisinin funksiya və mexaniki xüsusiyyətlərini imitasiya edə bilər. Məsələn, onu insanabənzər robotların dərisi kimi istifadə etmək olar.

ABŞ alimlərinin yeni həllinin əsasını təzyiq, temperatur, rütubət və havanın sərfini ölçən altlıq və datçiklərin yaradılmasında istifadə edilmiş polimin adlı material təşkil edir. Bundan başqa, bu datçiklərdə, həmçinin gümüş nanozərrəcikləri mövcuddur ki, bu da elektrik ötürücülüyü və əlavə mexaniki möhkəmliyi təmin edir.

Sensor zədələndikdən sonra dərini bərpa etmək üçün qırılma yerinə polimin materialı çəkmək və bir az gözləmək kifayətdir: otaq temperaturunda "yara" təxminən 30 dəqiqə sonra sağalacaq. Əgər dəri çox ciddi zədələnibsə, onda onu xüsusi mayedə həll edərək sonra məhluldan yeni nümunə düzəltmək olar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR