Qlobal noutbuk bazarının həcmi 2% yüksəlib

"TrendForce" analitik şirkətinin məlumatına görə, qlobal noutbuk bazarının həcmi 2%-dən çox yüksəlib və "Apple" avadanlığın tədarük həcminə görə "ASUS" şirkətini geridə qoyub.

2017-ci ildə istehsalçılar ümumilikdə 164,7 milyon yığcam kompüter istehsal ediblər. Bu, əvvəlki göstəricidən (161,2 milyon) çoxdur. Ekspertlər 0,7%-lik artım gözləyirdilər.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "HP Inc." ən böyük noutbuk istehsalçısı adını qoruyub saxlayır. Bundan başqa, ABŞ şirkəti ikinci yarımillikdə qeydə alınmış rekord tədarük həcmi sayəsində mövqeyini möhkəmləndirib. 2017-ci ildə "HP" brendi adı altında 40 milyondan çox noutbuk tədarük edilib ki, bu da ötən illə müqayisədə 10,5% daha çoxdur. Beləliklə, sözügedən şirkətin bazar payı artaraq 24,3%-ə yaxınlaşıb.

"Lenovo" ikinci yeri tutur, amma Çin şirkətinin Asiya və Avropada satış həcminin güclü olmasına baxmayaraq yığcam FK-nin tədarük həcmi təxminən 5% azalıb. Qlobal noutbuk bazarında "Lenovo" şirkətinin bazar payı 21,7%-dən 20,2%-dək azalıb.

2017-ci ilin nəticəsinə görə, 15,2% bazar göstəricisinə malik "Dell" şirkəti üçüncü yeri tutub. Şirkət Şimali Amerikanın dövlət orqanlarından edilmiş böyük sifarişlər və xrombukların tədarük həcminin artması sayəsində noutbuk istehsalını 0,5% artırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR