Satıcının səhvinə görə 30 min qazandı

Səhvən alınan lotereya biletləri sayəsində amerikalı qadın 30 min dollar qazanıb. Məlumata görə, 52 yaşlı Viktoriya Etrij mağazada iki bileti iki dollara almaq istəyirdi, lakin kassir ona təsadüfən beş dollar dəyərində daha bahalı bilet satıb. Etdiyi səhvin fərqində olan satıcı biletləri əvəz etməyi və pulları qaytarmağı təklif edib, lakin qadın bu biletlərin onu "xoşbəxt" edə biləcəyini söyləyərək təklifi rədd edib. Nəticədə, biletlərdən biri doğrudan da sahibinə 30 min dollar qazandırıb. Etrij pulun bir hissəsini maşın almaq üçün istifadə etmək istədiyini söyləyib. AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR