Yıldırım: PKK, dalınızı qoruyanlara güvənməyin!

ABŞ deyir ki, bizim Suriyadakı terror təşkilatları ilə qurduğumuz əlaqə şəxsi seçimimiz yox, məcburiyyətdir.Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib. "Yaxşı, ABŞ İŞİD-i bəhanə edirdi. Amma artıq İŞİD problemi bitib. Demək, bu məcburiyyət də bitib. Belədirsə, niyə hələ də YPG-yə silah, pul göndərməyə davam edirsiniz?! Burdan elan edirəm: PKK/PYD, arxanızı qoruyanlara güvənməyin. Tezliklə güvəndiyiniz dağlara qar yağacaq", - Yıldırım bildirib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi YPG-yə 550 milyon dollar ayırıb. Axar.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR