İraqda quş qripi yayılır

İraqın Səlahəddin vilayətindən həyəcanlı xəbərlər gəlməkdədir. Belə ki, son bir neçə gündə bu vilayətdə quş qripindən 5 nəfər dünyasını dəyişib. Daha iki nəfər Diyala və Ninəviyyə vilayətlərində bu xəstəlikdən vəfat edib. İraq rəsmi dairələri Dünya Səhiyyə
Təşkilatını bu xəstəlik halları ilə əlaqədar məlumatlandırdıqlarını bildiriblər. 80 min quşun Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirlikləri tərəfindən profilaktik tədbir olaraq tələf edildiyi gələn xəbərlər sırasındadır.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR