İran MOSSAD-ın planını ifşa etdi – Gizli səs yazısı

İran MOSSAD-ın ölkədə etiraz aksiyalarının keçirilməsində iştirakını sübut edən səs yazısı paylaşıb.

Axar.az xəbər verir ki, Tehranın yaydığı səsyazısında MOSSAD nümayəndəsi ilə iranlı müxalif Ruhullah Zeiminin danışıqlarının yer aldığı bildirilib. Belə ki, farsca aparılan danışıqlarda MOSSAD nümayəndəsi Zeimidən televiziya qurmasını və İran əleyhinə yayım həyata keçirmələrini istəyib. Zeimi isə bu təklifi qəbul edib və Avropadakı İran əleyhdarlarını öz yanında topladığını bildirib.

İran tərəfinin iddiasına görə, bu danışıqlar Teleqram sosial şəbəkəsi vasitəsilə aparılıb. Məlum səsyazısının Rusiya kəşfiyyatı tərəfindən Tehrana ötürüdüyü iddia olunur.

Qeyd edək ki, bundan öncə İran ölkədəki etirazçıların Teleqram vasitəsilə toplandığına dair iddialar səsləndirmişdi

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR