Makron Netanyahu ilə danışdı: Razılaşmaya əməl et

İsrail "altılıq" ölkələrinin İranla imzalanan nüvə razılaşmasına əməl etməlidir. Bunu Fransa Prezidenti Emmanuel Makron İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı söyləyib. Telefon danışığı zamanı tərəflər həmçinin İranın regional və ballistik raket fəaliyyətləri ilə bağlı eyni mövqedə olduğu bildirilib.

Netanyahu telefon danışığı zamanı həmçinin Makrondan ABŞ Prezidenti Donald Trampın İranla bağlı sözlərinin ciddi qəbul edilməsini istəyib.

Qeyd edək ki, ABŞ bundan öncə İranla nüvə razılaşmasını müvəqqəti olaraq ləğv etməyəcəyini və bunun İrana verilən son şans olduğunu bildirmişdi. Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR