Putinin ətrafında çaxnaşma böyüyəcək – Qiyam

Prezident seçkisində Vladimir Putinin qələbə qazanmasından sonra onun ətrafında çaxnaşmalar böyüməyə başlayacaq. Bunu "Obozrevatel" saytına açıqlamasında Ümumrusiya Sağ Qüvvələrin İttifaqı ictimai hərəkatının rəhbəri Leonid Qozman söyləyib. Onun sözlərinə görə, Putin Qərbin onun üçün nəzərdə tutduğu saray çevrilişini, qiyamı çox gözəl anlayır və çalışır ki, bu variant işləməsin:

"Putin qələbə qazanmaqla 2024-cü ilə qədər prezident kürsüsündə qalmağı təmin etmiş olacaq. Əgər 2024-cü ildən sonra da o, hakimiyyətini uzatmaq istəsə, o zaman bu monarxiya olacaq və konstitusiyada ciddi dəyişikliklərə səbəb olacaq. Bu bəlkədə 2024-dən tez də ola bilər. Nəticədə prezidentin ətrafında amerikalıların təsirindən asılı olmayaraq, çox ciddi şəkildə çaxnaşmalar yaranacaq. Hər şey daxildən baş verəcək". Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR