"Telegram"a girişə məhdudiyyət aradan qaldırıldı

İran hakimiyyəti "Telegram"a girişə məhdudiyyəti aradan qaldırıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hazırda İran sakinləri yenidən "Telegram" messencerindən istifadə edir.

Qeyd edək ki, 28 dekabr 2017-ci ildə İranda başlayan etiraz aksiyalarından sonra dekabrın 31-də  "Reuters" agentliyi hakimiyyətin "Instagram" sosial şəbəkəsi və "Telegram"a girişi müvəqqəti bağladığı barədə məlumat yayıb. Yanvarın 7-də İran hakimiyyəti "Instagram" sosial şəbəkəsinə girişə məhdudiyyəti aradan qaldırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR