İbrahim Tatlısəsdən GÖZLƏNİLMƏZ TƏKLİF: “Onunla evlənmək istəyirəm”

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs "Seda Sayanla" verilişində qonaq olarkən gözlənilməz açıqlama verib. Belə ki, o, veriliş zamanı evlənmə təklifi edib. Sənətçi qızı Elifin anası, 2013-cü ildə boşandığı keçmiş xanımı Ayşegül Yıldıza veriliş vasitəsilə səslənərək, yenidən onunla evlənmək istədiyini deyib: "Mən artıq İzmirliyəm. Mən İzmiri sevdim, o da məni. Trilyon versələr də, İstanbula geri dönmərəm bir də. Məni ordan küsdürdülər. Məni vurdular, amma vurana bəd dua eləmədim. Demək ki, yaradan mənə belə bir cəza verdi. Üsyan da, şikayət də etmərəm. Mən allahdan ümidimi kəsmədim. Mahnı oxumaq üçün darıxıram. Səsim paslanmış vəziyyətdədir. Mahnı oxumaq üçün allaha dua edirəm. Evlənməyi düşünürəm. Qızım Elifin anası Ayşegül Yıldıza evlənmə təklifim olacaq. Ayşegülə aşiq deyiləm, amma onunla evlənmək istəyirəm. Özünə bu təklifimi deməmişəm. Televiziya ekranından ona səslənirəm"

Qeyd edək ki, İbrahim Tatlısəs uzun müddət sevgi münasibətində olduğu Ayşegül Yıldızla 2011-ci ildə müalicə aldığı xəstəxanada rəsmi nikaha girib. Evliliklərinin ikinci ilində onların Elif Ada adlı bir qızları olub. 2013-cü ilin noyabrında bu evliliyi qarşılıqlı anlaşma yolu ilə bitiriblər. Axşam.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR