Yunker: Türkiyə jurnalistləri azad etməyənədək Aİ-yə yaxınlaşmayacaq

Türkiyə həbsdə olan jurnalistləri azad etməyənədək Avropa İttifaqı ilə yaxınlaşmayacaq. Məlumata görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib. Onun sözlərinə görə, Türkiyə iri addımlarla Avropa İttifaqından uzaqlaşmaqda davam edir. J.Yunker deyib: "Görək, yaxın aylarda Türkiyə hansı irəliləyişlərə nail olacaq. Amma jurnalistlər azad edilməyənədək heç bir irəliləyiş olmayacaq". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR