Süni intellektlə təchiz edilmiş yeni robot nümayiş etdirilib- VİDEO 

Tayvan Sənaye Texnologiyaları Tədqiqat İnstitutunun (ITRI) mühəndisləri tərəfindən Las-Veqasda keçirilən "CES" sərgisində təqdim edilmiş robot "Skrabl" adlı masaüstü oyunu müvəffəqiyyətlə oynayır.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, robotun yaradıcıları ITRI texnologiyalarının  süni intellekt sahəsində səviyyəsini nümayiş etdirməyə dair qərar veriblər. İnsanabənzər robot ona müxtəlif obyektləri tanımağa imkan verən maşın görmə sistemi ilə təchiz edilib. Robotun iki manipulyatoru kubiki götürərək onu oyun xanasına dəqiq yerləşdirmək qabiliyyətinə malikdir.

Bundan başqa, ITRI robotu oyun qaydalarını və daha çox xal toplamağa imkan verən qələbə strategiyalarını bilir, həmçinin geniş söz ehtiyatına malikdir. Robot bu oyunu həqiqətən yaxşı oynayır. Belə ki, sözügedən robotla bir partiya oynamış "Engadget" nəşrinin jurnalisti məğlub olub.


Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR