Erməni siyasətçidən inqilab anonsu - İki ay qaldı

Ermənistanda partlayış həddinə çatacaq situasiya yaranıb. Bunu "1in.am" saytına açıqlamasında Avropa Erməni Assosasiyası Forumunun rəhbəri Aşot Qriqoryan söyləyib. Onun sözlərinə görə, bu situasiyanın nəticələri qeyri-müəyyən ola bilər:

"Qiyam realdır. Qan tökülməsinə izn vermək olmaz. Biz buradan hər şeyi diqqətlə izləyirik və buna imkan verməyəcəyik. Müxalif Yelk Blokunun mitinq çağırışına gəlincə, mənim fikrimcə, bu, Serj Sərkisyanla razılaşdırılıb. Gərginlik mart-aprel aylarında kuliminasiya həddinə çatacaq. Partlayış mütləq baş verəcək. Sərkisyanın bunu öncədən dərk etməsi daha yaxşı olardı". Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR