Fransada məhbuslara "bayram" - Nəzarətçilər işə çıxmadı

Fransada Vanden-lö-Vyey qəsəbəsində yerləşən həbsxananın 50-yə yaxını nəzarətçisi işə çıxmaqdan imtina edib. Məlumata görə, nəzarətçilər bir müddət əvvəl məhbusun hücumu nəticəsində 3 həmkarın yaralanmasına etiraz ediblər. Onların fikrincə, həbsxana rəhbərliyi əməkdaşların təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görmür.

Qeyd edək ki, Vanden-lö-Vyey həbsxanasında əsasın terror aktlarının həyata keçirilməsində ittiham olunan şəxslər saxlanılır. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR