BMT-dən Trampın “zibil qutusu” ifadəsinə REAKSİYA

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ prezidenti Donald Trampın ölkəsinə daxil olan qaçqınlar barədə ifadələrinə kəskin reaksiya verib. BMT-nin insan hüquqları üzrə Ali Komissarının idarəsinin nümayəndəsi Rupert Kolvill Trampın ifadələrini "şokedici və utancverici" adlandırıb. Onun sözlərinə görə, ABŞ prezidentinin sözlərini "irqçilik"dən başqa heç bir sözlə ifadə etmək mümkün deyil.

Qeyd edək ki, Tramp ölkəsinə daxil olan qaçqınlar barədə sərt ifadələr işlədib və onları təhqir edib. Publika.az xarici KİV-ə istinadənn xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR