Seda Sayana mesaj: “Səni gəldiyin yerə göndərərəm”

Seda Sayanın həmkarı Gülbən Ergeni verilişinə dəvət etməyi qalmaqala səbəb olub. Gülbeni evli kişilərlə sevgili olmaqda günahlandıran Yeşim Salkım Sedanın Ergeni təriflədiyinə görə ona mesaj ünvanlayıb: "Kadırqalısan, madırqalısan bilmirəm, mən də Arnavut qızıyam. Səni gəldiyin yerə göndərərəm".

Qeyd edək ki, Ergenin jurnalist əri Erhan Çelikə xəyanət etdiyi iddia edilir. Gülbeni bu səbəbdən qınayanlardan olan Seren Serengil də onu verilişinə dəvət etdiyinə görə Seda Sayanı dostluqdan silib. Azadinform.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR