İslam içində elə radikal qaraguruh formalaşıb ki,...

İlqar Altay: "Dūnyanı, bəşəriyyəti, millət və xalqları ag ya qara rəngdə görūr"

Günümüzdə İslam dini böyük bir coğrafiyaya, Qərbə, Avropaya yayılmaqla yanaşı. Onun mənfi tendensiyaları da özünü göstərir, büruzə verir. Belə mənfi tendensiyalardan biri də radikallığın artmasıdır. Ən pis cəhət odur ki, bu radikallıq hər bir istiqamətdə özünü göstərir. İnsanlara qarşı nifrətdə, qadınlara qarşı münasibətdə, dövlətlərə qarşı mövqedə və s. Elə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da bu qənaətdədir. O, təəssüf hissi ilə qeyd edib ki, mūasir İslam içində elə radikal qaraguruh formalaşıb ki, dūnyanı, bəşəriyyəti, millət və xalqları öz vəhşi bədəvi ərəb dūnyagörūşūnə uygun ag ya qara rəngdə görūr: " Və bunu da hamıya diktə etməyə çalışır. Onların dūşūnūb qandığı qədər geyinib örtūlūb gizlənməyəni lūt pozğun və yaxud da namaz qılmayanı kafir dūşmən adlandırırlar. Və būtūn bu kimi antiinsani, antibəşəri addımlarında utanmadan Allah adından istifadə edirlər. İnsanlar arasında bölūcūlūk salırlar. Insanları öz inkişafdan qalmış, zūlmət-qaranlıq mūhitli cəhalət, gerizəka, xurafat aləminə çəkməyə çalışırlar. Allahı rahat buraxın, hər dəqiqə adından danışib gunaha batmaq lazım deyil. Əvvəl bir ayılın, dūşūnūb yəqin edin ki, Allah sizi təqdir edir, ya sizdən inkişaflı yaratdığı qalan 6 milyard insanı? Və qəzəbləndirmək lazım deyil ki, musəlmanları əsrlərlə bəşəriyyətin geridə qalmış sırasında saxlasın". İlqar Altayın sözlərinə görə, bu kimi insanılar özləri də bilmirlər nə istəyirlər: "Işləri-gūcləri, təhsil-zəkaları yox, cin-şeytan, xurafat nağılları ilə Allahın rəva bilib yol açdığı mūasirliklə, inkişafla mūbarizə aparırlar. Boyük Yaradanın inkişaf tarixinin təkərini istəyirlər geriyə döndərsinlər. Ona-buna bir söz atırlar, onu-bunu bəyənmirlər, birini pozğun, birini kafir çıxarırlar. Və utanıb qızarmadan da kafir dediklərinin uçağından, maşınından, telefon, kompyuter, tibb və s. texnologiyasından bəh-bəhlə yararlanırlar. Vicdan, mərdlik lazımdı. Çıxıb etiraf edəsən ki, ey mūasir Dūnya, bəli, o Allah sizləri, təkamūlū, elmi rəva bilib, inkişafınıza yol açdı. Biz bu inkişafı bəyənməyib, iqnor edib geriyə qaldıq, uduzduq. VII əsr dūşūncə təfəkkūrūndə yazılmış kitabları əsrlər boyu o ūz-bu ūzə çevirməklə onların dairə-çevrəsindən kənara və yuxarı çıxa bilmədik. Bizlərə geyindirilmiş əba və qara çadraların içindən başımızı qaldırıb Allahın nəsib etdiyi geniş dūnyanı, təkamūl inkişafın yolunu görūb seçə bilmədik. Dünya yığışıb kosmosa raket buraxanda, biz şeytana daş buraxdıq, bu dūnyanı qurub cənnətə döndərəndə oturub o dūnya cənnəti ilə yaşadıq, min il irəlini dūşūnəndə min il gerini dūşūndūk. Və işimiz də inkişafa çamur atmaq, qara daş olub qabağında durmaq, sivil dūnyaya pozğun-kafir adı qoyub, yanlış xəyalla özūmūzū ůstūn tutmaq olub. Dağıdıcılıqla inkişafı səhv salmışıq. Vicdan və iradə lazımdır demək ki, ey mūasir Dūnya, bir səhvdir, etmişik, səhv hamıda olur, Allah özū öz zaman və tarixi ilə gøstərir ki, düzğün yol bax bu-sizinki imiş. Bir işdir olub, gəlin barışaq, uzlaşaq, uygunlaşaq və irəli davam edək. Sizli-bizli hamımız Allahın övladlarıyıq". Qadınlara qarşı radikallıq edən, onların bütün vücudunu örtük altında saxlayan şəxslərə irad olaraq Mərkəz rəhbəri qeyd edib ki, Allah heç, qadının saçı görūnməsin, burnu görūnsūn kimi absurdluq edərmi?: "Nə fərqi var, saç ya burun görūndū, gūlūş doguran axmaqlıq deyilmi bu? Görünür ki, məhrəm-naməhrəm qadağası İslamdan da qabaqkı vəhşi buraxma bədəvi ərəb cəmiyyətində bütün qadınlara qarşı pozğun əxlaqsız zorakı mūnasibətin qarşısını almaq ūçūn lazım olub. Belə çıxır ki, dogulan qız körpələrin diri-diri basdırıldığı bir cinyətkar pozgun-buraxma cəmiyyətdə kimin qabağına kimin qadını çıxdı tutub qamarlayıb aparırmış. Yoxsa ki, İslam bu dərəcədə qadın gizlətmə, örtūlmə qaydası tətbiq etməzdi. Və bunu, istila etdikləri başqa milli məkanlarda da tətbiq ediblər". İlqar Altay deyib ki, Allah qadini dunyanin qiymetli cəvahiri kimi yaradib: "Bədəvi-ərəb təlim-tərbiyəni İslam-Qurana yeridənlər isə əksinə, onu bir kişinin 20 arvadından birisi, qara niqabın altinda gizlədilen huquqsuz əşya qədər alcaldir. Hər bir millətin, xalqın qadınının qadın, kişisinin kişi geyim və örtūlmə milli tərzi var. Ənənə, abır ölçū dūşūncəsi var. Və bu o demək deyil ki, bu xalq kimi tam örtūlūb gizlənməyìb, öz stilində abırlı geyinən digər xalq lūt gəzir. Saçını örtənin örtməyənə, ūzūnū örtənin yalnız saçını örtənə irad tutması heç də onun abır, namus, əxlaq dərəcəsindən xəbər vermir. Bizim, xalq artisti Nəsibə Zeynalova kimi ənənəvi abırda, geyim və davranışda qadınlarımız, analarımız olub. Və bu gūn də var. Indi, son illərdə ölkə-cəmiyyətə girmiş ərəb təfəkkūrū ilə o, çılpaq idi?. Qadının yaxın-doğması olmayan hər kişi niyə onun potensial intim "canavarı" sayılsın? Və qadın da ömrū boyu örtūlūb gizlənsin. Niyə kişi xeylağı dünyadakı bütün qadınları öz şəhvət "şikarı" kimi görüb nəfsini sağa-sola paylasın? Nədir bu qūsur, xəstəlikdir ya manyaklıq?"

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR