Unikal süni intellektlər yaradan neyroşəbəkə təqdim olunub

Bu ilin yazında "Google Brain" şirkətinin mühəndisləri insanın iştirakı olmadan unikal süni intellektlər yaradan "AutoML" süni intellektini təqdim ediblər. Bu yaxınlarda isə məlum olub ki, "AutoML" ilk dəfə insan tərəfindən yaradılan bütün kompüter görmə sistemlərinin analoqlarını üstələyən sistem hazırlayıb. Süni intellektə əsaslanan sistem, məsələn, avtonom avtomobillərin, eləcə də robot texnikasının inkişafına töhfə verməklə robotların görmə qabiliyyətini yeni səviyyəyə çıxarmağa imkan verə bilər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, "AutoML" təlimin möhkəmləndirilməsi sistemi üzrə inkişaf edir. Bu, mahiyyət etibarilə müəyyən xüsusi vəzifələr üçün müstəqil şəkildə yeni neyroşəbəkələr hazırlayan idarəetmə neyroşəbəkəsidir. Bu halda "AutoML" neyron şəbəkəsinin əsas məqsədi real vaxt rejimində videoda obyektlərin maksimum dəqiq tanınması üçün sistemin yaradılması olub. Süni intellekt yeni neyroşəbəkəni müstəqil öyrədərək onun səhvlərini izləyib və işinə düzəlişlər edib. Təlim prosesi sistem işə yararlı olanadək dəfələrlə təkrarlanıb.
 
"Google" şirkətinin rəsmi bəyanatına görə, "NASNet" neyron şəbəkəsinin tanıma dəqiqliyi 82,7 faiz təşkil edir. Bu, bu ilin sentyabrında Oksford Universiteti və "Momenta" şirkətinin mütəxəssisləri tərəfindən nail olunan əvvəlki rekorddan 1,2 faiz yaxşıdır. Neyroşəbəkə 43,1 faiz orta dəqiqliklə analoq neyroşəbəkələrdən 4 faiz effektiv olub. Mobil platformalar üçün adaptasiya edilən sadələşdirilmiş "NASNet" versiyası oxşar neyroşəbəkələri 3 faizdən çox üstələyir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR