Erməni gənclər ayağa qalxdı: Parlamentə giriş bağlandı

Ermənistan parlamentinin önündə tələbələrin etiraz aksiyası başlayıb. Tələbələr parlamentdən az öncə hərbi xidmətdən möhlət hüququnun verilməməsi barədə qanunun ləğv edilməsini tələb edirlər. Etirazçılar qarşısında çıxış edən "Elmin inkişafı naminə" hərəkatının üzvü Vaqan Kostanyan parlamentin tələbələrin etiraz səsini eşitmədiyini bildirib: "Parlament bizim səsimizi eşitmir. Buna görə də biz parlament binası qarşısında səssiz aksiyaya başlayırıq. Biz təslim olmayacağıq". Bundan sonra tələbələr parlamentə avtomobillərin girişini təmin edən yolu bağlayıblar.

Qeyd edək ki, az öncə Ermənistan parlamenti ikinci oxunuşda hərbi xidmətdən möhlət hüququnun verilməməsi barədə qanunu qəbul edib. Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR