ABŞ-dan “öldürücü” QƏRAR - Ukraynaya cəbhəboyu hücum BAŞLAYA BİLƏR

ABŞ Konqresinin Nümayəndələr Palatası təhlükəsizlik sahəsində yardım üçün Ukraynaya 350 milyon dolların verilməsi barədə qərarı qəbul edib. Bu haqda Ukraynanın ABŞ-dakı səfirliyinin feysbuk səhifəsində deyilir. "ABŞ Konqresinin Nümayəndələr Palatası "2018-ci ildə milli müdafiənin ehtiyacları üçün ABŞ-ın büdcəsi" haqqında qanun layihəsini bəyənib. Qanun layihəsi Ukraynaya təhlükəsizlik sahəsində yardım üçün 350 milyon dolların ayrılmasına icazə verir. Bu məbləğ yardımın ötənilki səviyyəsinə uyğundur", - səfirlik açıqlayıb.

Qanun layihəsi Ukraynaya müdafiə xarakterli letal (öldürücü) silahların çardırılmasına icazə verir. Həmçinin Ukraynanın yaralı hərbçilərin ABŞ-da müalicəsi zamanı bu ölkənin müdafiə vasitələrindən istifadəsi və Ukrayna hərbi qulluqçuları və tibbi mütəxəssislərinin ABŞ-da kurs keçməsi nəzərdə tutulur. Sənədin qüvvəyə minməsi üçün Senatda bəyənilməli və ABŞ prezidenti tərəfindən imzalanmalıdır. Bu ayın əvvəlində Ukrayna prezidenti Petro Poroşenko raket qoşunları günü münasibəti ilə keçirilən tədbirdə deyib ki, ölkəsi tezliklə ABŞ-dan çox güclü radioelektron və batereya əleyhinə mübarizə kompleksləri alacaq. Avqustun 24-də ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirmişdi ki, Amerika administrasiyası Kiyevə öldürücü silahların verilməsi məsələsinə baxır. Rusiya isə dəfələrlə xəbərdarlıq edib ki, ABŞ-ın Ukraynaya silah çatdırması Donbas münaqişəsi zonasında vəziyyəti daha da ağırlaşdıracaq.

Hələ Barak Obama administrasiyası dövründə Ukrayna parlamentinin "Xalq cəbhəsi" fraksiyasının deputatı Anton Qeraşenko bildirmişdi ki, Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib. Deputat bu barədə ona Vaşinqtonda deyildiyini bildirib.

"Mən Vaşinqtonda idim, bir sıra analitik qruplarla görüşdüm. Onlara sual verdim ki, Obama Ukraynaya silah verilməsi haqda Konqresin rəsmi qərarından niyə bu qədər inadla imtina edir? Mənə bildirdilər ki, Kremldən Obama və köməkçilərinə xəbərdarlıq edilib: əgər ABŞ Ukraynaya silah verərsə, o zaman bütün cəbhə boyu Kiyevə hücum etmək qərarı veriləcək. Çünki Amerika silah versə, dinamika Ukraynanın xeyrinə dəyişəcək", - ukraynalı deputat qeyd edib. Publika.az UNİAN agentliyinə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR