Səudiyyə Ərəbistanı qadınlarla bağlı daha bir QƏRAR verdi

Səudiyyə Ərəbistanında qadınlara dörd sahədə işləməyə icazə veriləcək. Bu barədə Səudiyyə Ərəbistanı Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, qadınlar artıq sosial, hüquqi, dini araşdırmaçı və idarəetmədə köməkçi vəzifələrində işləyə biləcəklər. Beləliklə, Riyad hökuməti 2030-cu ilə qədər qadınların iş həyatındakı aktivliyi 22%-dən 30%-ə qaldırmağı hədəfləyir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz 2018-ci ilin iyun ayından etibarən qadınlara sürücülük vəsiqəsi verilməsi ilə bağlı qərar imzalayıb. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR