Hindistanda tunel qazıb bankı soydular

Hindistanda filmlərdə görülən qarət hadisəsi baş verib. Bank yaxınlığındakı dükanı kirayəyə götürən oğrular tunel qazaraq bankı soyublar. Həftə sonu banka girən qarətçilər 250 min dollar pul və zinət əşyaları aparıblar. Hadisə Mumbay şəhərində baş verib. Bankın filialını soyan oğrular 12 metrlik tunel qazıblar. Bir metr eni olan tuneli qazmaq üçün oğrular bankın yanındakı dükanı 6 ay əvvəldən kirayəyə götürüblər.

Dükanı kirayəyə götürən şəxs bir neçə aydan sonra xəstələnmə bəhanəsi ilə obyekti dostlarına təhvil verib. İki ay tunel qazan oğrular nəhayət arzularına çatıblar. Ölkə.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR