Gürcüstanda 5 Azərbaycandilli məktəb təmir olunur

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda 5 məktəb təmir olunur.
Məlumata görə, bunu Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev deyib. O bildirib ki, Kosalı, Qaçağan və digər kənd məktəbləri "Millenium" proqramı çərçivəsində əsaslı təmir olunur: "Gürcüstanda milli azlıqların məktəblərinin təmiri əsas prioritetlərdən biridir və Təhsil və Elm Nazirliyi bu məktəbləri diqqətdə saxlayır". Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR