İtaliyada əməliyyat - 70 kiloqram həşiş müsadirə olundu

İtaliyanın Siciliya adasında polisin keçirdiyi əməliyyat nəticəsində 70 kiloqram həşiş narkotik vasitəsi müsadirə olunub. Məlumata görə, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

Qeyd olunur ki, narkotik vasitə Palermodan Kataniya şəhərinə gedən avtomobildə aşkar olunub. Məlumata görə, sübhələnən polis əməkdaşları avtomobili təqib etdikdən sonra avtomobildə yoxlama aparıblar və 70 kiloqram həşiş aşkar edilib. Hazırda bu şəxslərin yerli mafiya ilə əlaqəsinin olub-olmadığı araşdırılır. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR