Moskvada əməliyyat - 70-ə yaxın ekstremist saxlanılıb

Moskvada fəaliyyəti qadağan olunmuş "Təbliği Camaat" ekstremist təşkilatının üzvləri saxlanılıb. Məlumata görə, şəhər ərazisində həyata keçirilən əməliyyatlar nəticəsində təşkilatın 69 üzvü saxlanılıb. Əməliyyat nəticəsində polis həmçinin ekstremist ədəbiyyat, rabitə vasitələri və elektron məlumat daşıyıcılarını müsadirə edib.

Qeyd edək ki, "Təbliği Camaat" ekstremist təşkilatının fəaliyyəti Rusiyada 2009-cu ildə qadağan edilib. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR