Rohincalı qadınlar Banqladeşdə fahişəliyə məcbur edilir

Birləşmiş Millətlər Təşkilatı, bildirir ki, avqustdan bəri Rakxayndan qaçan yarım milyondan artıq rohinca müsəlmanı Banqladeşdə cinsi istismar riski ilə üzləşir.

Bir qadın BBC Newsday proqramından Nomia İqbala, bəzək-düzək verildikdən sonra fahişəliyə məcbur olunduğunu deyib.

Üzü çəhrayı örtüklə örtülən 21 yaşlı Həlimə mənimlə təkbətək söhbətə razılaşdı.

"Banqladeşə daxil olduqdan sonra, düşərgəyə aparıldıq və bir banqladeşli kişi bizə yemək verdi," o deyir.

"O, mənə dedi ki, arvadını itirib və iki uşağı var. Mənimlə evlənmək istəyirdi."

Həlimə ona inandığını söyləyir və kişi ilə birgə onun Cox Bazarındakı evinə getdi.

"Evdə mənim kimi daha yeddi-səkkiz qız var idi," o deyir.

"Qorxurdum. Bu evdə o, məni bir çox kişi ilə cinsi əlaqədə olmağa məcbur etdi."

Həlimə deyir ki, Myanmadan bura qaçarkən başına belə şeylərin gələcəyini düşünməyib

Həlimə deyir ki, Myanmadan bura qaçarkən başına belə şeylərin gələcəyini düşünməyib

Həlimə Banqladeşə üç ay əvvəl Şimali Rakxayndakı zorakılıqdan qaçaraq gəlib. Ailəsinin harada olduğunu bilmir və buraya qonşuları ilə çata bilib.

Müsəlmanların üstünlük təşkil etdiyi rohinca qaçqınlarının yarıdan çoxu uşaqlardır.

Onlar Myanma ordusu və yerli buddist ekstremistlərin zorakılığından qaçmağa çalışıblar.

Həlimənin dediklərinə görə, o, banqladeşli qadına məxsus bir evdə iki ay yaşayıb.

"Məni kukla kimi bəzəyirdilər," o söyləyir.

"Bəzən evə bir gecədə üç ya dörd kişi gələrdi. O qədər çətin idi ki, günlərlə qanaxmam olurdu."

Həmin vaxt ərzində ona pul verilməyib, ancaq gündə üç dəfə yeməklə təmin olunub.

Qaçqınların yarıdan çoxu uşaqlardır

Qaçqınların yarıdan çoxu uşaqlardır

Bir gecə evə gələn kişilərdən biri Həliməyə kömək edəcəyini deyir.

"Bu kişi seks üçün gələn polis olsa da, başıma gələnləri eşidib məni chr("39")bacıchr("39") adlandırdı. Gecəni yanımda qaldı, amma mənə toxunmadı və mobil telefonunun nömrəsini verdi."

Bir gün evin sahibəsi Həliməni döyəndən sonra o, 15 gün yaralı qalmışdı.

Sonra isə o, xilas olmaq üçün plan düşünür və yanına gələn növbəti kişinin telefonundan istifadə edərək polisə zəng vurur.

Həmin polis gecəyarısı altı polislə evə gəlir.

"O, mənimlə bərabər digər altı qızı da xilas etdi," Həlimə deyir.

"İndi siz azadsınız dedi bizə."

Rohinca qaçqınları

Kriminal dəstələr və seksual istismarçılar düşərgələrdəki xaosdan istifadə edərək gənc uşaqlar və qadınları hədəfləyir

Amma Həlimə Cox Bazarından uzağa gedə bilmir, çünki Banqladeşdə tanıdığı başqa yer olmayıb.

Pulsuz qalan Həlimə deyir ki, fahişəlik etməkdən başqa çarəsi yoxdur.

O, eyni işi görən başqa bir qadınla yaşayır və arabir qida və başqa yardım aldığını deyir.

Sərhədi keçib təhlükəsiz həyat yaşayacağını düşünən gənc Həlimə üçün bu həyat gözlənilməzdir.

"Mən gündə beş dəfə namaz qıldığım, ailəmlə yemək yediyim günlərə qayıtmaq istəyirəm," o deyir.

"Ailəmlə Myanmada yaşadığım həyatımı geri istəyirəm."

Rohinca müsəlmanları kimdir?

Banqladeş hökuməti deyir ki, yardım agentlikləri zəif insanları qorumaq üçün əllərindən gələni edirlər.

BMT də problemin həlli üçün xüsusi üsullara əl atdığını söyləyir. Buraya ailələrin gözdən yayınan uşaqlarının adını ucadan deməsi üçün təqdim edilən mikrofon sistemləri də daxildir.

"Məni iki risk narahat edir," BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Fillipo Grandi deyir.

"Biri istismardır. Buraya əliboş gələn insanların cinsi istismarı da daxildir. Onlar bunun qarşısında olduqca zəifdir. İnsanlara yetirilən travma bu böhranın daha bir xüsusiyyətidir".

Problemin miqyası dəhşətə gətirir (BBC).

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR