Qadınlar tərəfindən kəşf olunan 9 alət - SİYAHI

Tanınmış ixtiraçılar barədə soruşanda əksər hallarda Tomas Edison, Aleksandr Qraham Bell, hətta Leonardo da Vinçinin adlarını sayırlar. Amma qadın ixtiraçıların adları çəkilmir.

Ailem.az sizə ixtiraçı qadınlar barədə məlumat verir.

1. Grace Hopper

İkinci Dünya Müharibəsində ABŞ donanması ilə döyüşə qatılan admiral Grace Hopperə "Mark 1" adlı yeni kompüterdə işləmək vəzifəsi verilmişdi. O, 1952-ci ildə kod yazan proqram hazırladı. Bu proqram sözlərlə ifadə edilmiş hərəkətləri kompüterin anlayacağı kodlara çevirirdi. Beləcə, proqramlama daha da sürətləndi. Bu, kompüterlərin çalışmasında inqilaba bərabər yenilik sayılırdı. kodlardakı "səhvləri təmizləmə" anlayışı olan "de-bugging" də Hopper sayəsində populyar oldu.

2. Shirley Ann Jackson

Shirley Ann Jackson amerikalı fizik olub. 1970-ci illərdəki araşdırmaları günümüzdə istifadə etdiyimiz telefonla zəng vuranların kimliyinin görünməsini təmin edir.

Telekommunikasiya sahəsindəki çalışmaları isə daha sonra faks aləti, fiber optik və günəş enerjisi hüceyrələrinin inkişaf etdirilməsi üçün yol açdı. Massaçusets Texnologiya İnstitutunda doktor dərəcəsi alan ilk qaradərili qadın olub.

3. Mary Anderson

1903-cü ilin qışında Mary Anderson Nyu-Yorka gedir. Yolda bir kişinin yığılan qarı təmizləyərək avtomobilinin şüşəsini açmağa çalışdığını görür. Orada ağlına avtomobillərdə şüşəsilən quraşdırmaq fikri gəlir. Elə həmin il ərzində bunun patentini alır. Ancaq avtomobil istehsalçıları bu şüşə silənlərin sürücülərin diqqətini dağıdacağını iddia edir. Daha sonra təbii ki, şüşə silənlər avtomobillərdə standart halına gəlsə də, Andersonun adını xatırlayan olmur.

4. Olqa D. Gonzalez-Sanabria

Beynəlxalq Kosmos Bazasında istifadə olunan uzun ömürlü Nikel-Hidrogen batareyalarının ixtiraçısı elm adamı Olqa D. Gonzalez-Sanabriadır. O, bu batareya texnologiyasını 1980-ci illərdə NASA-nın Glenn Araşadırmalar Mərkəzində kəşf etmişdir.

5. Josephine Cochrane

Cochrane çirkli qabları xidmətçilərdən daha tez yumağın yollarını axtarırdı. Sürətli yuyacaq, amma boşqabları da qırmayacaq. Öz ixtirası olan ilk qabyuyan maşın mis bir qazan və motordan ibarət idi. Amma ixtira ilk qabyuyan kimi tarixə düşür.

Cochranenin spirtli içki aludəçisi olan əri ona yüksək miqdarda borc qoyaraq ölmüşdü. Qadın ixtiraçı 1886-cı ildə qabyuyan maşının patentini alır və öz fabrikini qurur.

6. Marie Van Brittan Brown

Evdə adətən yalnız yaşayan tibb bacısı Marie Van Brittan Brown özünü daha təhlükəsiz

hiss etdirəcək bir forma axtarışında idi. Həyat yoldaşı Albertlə birlikdə 1960-cı illərdə ilk ev təhlükəsizlik sistemini qurdular. Cihaz olduqca sadə idi. Bir motor tərəfindən idarə edilən kamera qapıdakı gözlükdən baxırdı. Görüntülər isə yataq otağındaki ekranda yer alırdı.

7.  Ann Tsukamoto

Tsukamoto kök hüceyrə izolyasiyasının patentini 1991-ci ildə aldı. Xərçəng xəstələrinin qan dövranı sistemini anlama və xəstəliyin mümkün müalicəsi üçün inqilabi bir araşdırma idi. Hazırda da Tsukamoto araşdırmalarına davam edir.

8. Stephanie Kwolek

Kimyaçı Kwolek güllə keçirməz jiletlərdəki xəfif lifləri kəşf edib. 1965-ci ildə kəşf etdiyi material dəmirdən 5 qat daha güclü idi. Bunun sayəsində milyonlarla insan həyatını xilas  etdi. Bu maddə həmçinin cib telefonlarında, asma körpülərdə, təyyarələrdə və bir çox yerlərdə istifadə olunur.

9. Elizabeth Magie

Məşhur monopoliya oyununun yaradıcısı kimi Charles Darrow göstərilir. Ancaq həqiqət belə deyil, tarixin bu ən populyar oyununun qaydaları Elizabeth Magie tərəfindən qoyulub. Magienin qaydaları yenilikçi bir oyun yaradıb saxta pullar və mülklərlə sərvət yığmaqdan keçirdi. 1904-cü ildə hazırladığı oyunun adı da "The Landlords Game" idi.

Eyni oyun, monopoliya adıyla Parker Brothers tərəfindən yayınlandı. Parker Brothers oyunun ixtiraçısı kimi görünən Darrowa 500 dollar pul ödədi. Bundan başqa Magiedən də patentini alaraq bu oyunun tək sahibi oldu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR