İnternetlə hazır ev almaq olar

İnternetdən mal və xidmətlərin satışı üzrə ixtisaslaşan ABŞ-ın "MODs International" şirkəti hazır ev satışı sahəsində yeni xidmət təklif edib. Novate.ru saytının yazdığına görə, təklif olunan ev-konteyner rahat yaşayış üçün tam yararlıdır. Sahəsi 30 kvadratmetr olan evdə bütün zəruri kommunikasiya xətləri çəkilib.

Konteyner-ev sifarişçiyə məişət texnikası ilə birgə təhvil veriləcək. Bir yerdən başqa bir yerə kran vasitəsilə yerləşdirilə bilən evin qiyməti 36000 dollardır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR