Avropa İttifaqının binasında kütləvi ZƏHƏRLƏNMƏ

Brüsseldə Avropa İttifaqı Şurasının binasında zəhərli tüstünün yayılması nəticəsində 10-dan çox insan zəhərlənib. Bu haqda qurumun mətbuat xidmətindən bildirilib. Öz növbəsində Belçikanın VRT telekanalı 17 nəfərin zəhərlənmə ilə xəstəxanaya yerləşdirildiyini xəbər verib. Məlumata görə, hadisənin səbəbi mətbəxdə ventilyasiya sisteminin zədələnməsi olub. Binada təxliyyə elan edilib. Hadisə yerinə xilasedicilər və təcili yardım qrupları çağırılıb. Publika.az SİTA agentliyinə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR