Ruslar oktyabrın 13-də uçmağa qorxurlar

Ruslar 13 oktyabr tarixində uçmaqdan qorxurlar. Belə bir qənaətə "Momondo" turizm xidməti xüsusi sorğudan sonra gəlib. Belə ki, bu cümə gününə olan uçuşlara tələbat ötən həftə ilə müqayisədə 26 % azalıb və bunun ayın 13 olması ilə əlaqədar olduğu bildirilir.

Qeyd edilir ki, bu tarixdə xüsusilə kanadalılar uçmağa ehtiyat edirlər. Bu gün onlar ötən həftə ilə müqayisədə səyahəti 46% daha az planlaşdırıblar. Bu tarixdən yararlananlar isə danimarkalılar olub - onlar cümə günü ötən günlərlə müqayisədə 139% daha çox bilet alıb. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR