Adını Marsa göndərmək istəyənlər üçün NASA-dan JEST - TƏLƏSİN

Amerika Aviasiya və Kosmik Stansiyası (NASA) gələn il Marsa göndərməyi planlaşdırdığı "InSight" kosmik gəmisi ilə bağlı qəribə və maraqlı layihəyə imza atıb. NASA hələ 2015-ci ildə bütün dünya insanlarına müraciət edərək adını Marsa göndərmək istəyənlərin tələbini qəbul etdiyini bildirmişdi. Həmin elandan bu günə qədər 827 min insan adını Marsa göndərmək üçün NASA-ya müraciət ünvanlayıb. Daha sonra bu vakansiyanı bağladığını elan edən NASA ikinci bir çip açmaqla Marsa adını göndərmək istəyənlərə yeni şans yaradıb.

Qeyd edək ki, "InSight" kosmik gəmisi 2018-ci ilin may ayında havaya qalxacaq və noyabr ayında Marsa çatacaq. Siz də adı Marsa gedən insanlar arasında olmaq istəyirsinizsə, NASA-ya müraciət etmək üçün tələsin. Publika.az xəbər verir ki, NASA "InSight"la bərabər minlərlə insanın adını Marsa göndərmək üçün şansı vermək niyyətindədir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR