Ermənistanın müdafiə xərcləri artacaq

Ermənistan müdafiə xərclərini 37 milyard drama qədər artıracaq. Bu barədə İnnovasiya və İnstitusional Araşdırmalar Mərkəzinin rəhbəri Atom Markaryan jurnalistlərlə görüşü zamanı deyib. Onun sözlərinə görə, artım ÜDM-un kontekstində təxminən 1,5 faiz təşkil edir.  "Ümumilikdə, 2018-ci ildə müdafiə ehtiyacları üçün təxminən 212 milyard dram ayırmaq planlaşdırılır. Bunun da səbəbi olduqda aydındır. Vəsait müasir tipli silahlanma, müasir texnikanın müxtəlif vasitələri və forması üçün ayrılacaq"- deyə Markaryan qeyd edib. AzVision.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR