Sarkisyan Soçidə kriminal avtoritetlərlə görüşüb

Ermənistan prezidenti Serj Sarkisyanı Rusiyanın Soçi şəhərinə səfəri zamanı kriminal avtoritetlər qarşılayıb. Soçi hava limanında Sarkisyanı qarşılayanlar arasında məşhur avtoritet, iş adamı "Robson" ləqəbli Ruben Tatulyan da olub. Ruben cinayətkar aləmdə nüfuzlu şəxslərdən biridir. Məlumata görə, "Robson" Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hayrapetyanın yaxın adamıdır və o, Ermənistana tez-tez səfər edir. Ermənistandakı yüksək vəzifəli şəxslər və oliqarxlar onunla tanışlığa can atırlar.

Qeyd edək k, Serj Sarkisyan oktyabrın 11-də MDB dövlət başçılarının və Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının iclasında iştirak etmək üçün Rusiyanın Soçi şəhərində səfərdə olub. AzVision.az"Corrord İşxanutyun" qəzetinə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR