NATO Türkiyənin Rusiyadan "S-400" almasından narahtdır

Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb. Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib.   "Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır", - deyə Key Beyli Xatçison "Washington Post" nəşrinə müsahibəsində bildirib.  
 
Bununla belə K.Xatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. "ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu, bizim marağımızda deyil. Bu, heç Türkiyənin özünün də marağında deyil", - ABŞ-ın NATO-dakı daimi nümayəndəsi qeyd edib.  Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR