Türkiyə ordusu İdlibə girdi - Qanlı döyüşlər başlayır

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib şəhərinə daxil olub.  Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Bildirilib ki, əməliyyatlar "Azad Suriya Ordusu" ilə birgə aparılacaq. Əməliyyat Suriyanın şimal-qərb hissəsində təhlükəsizlik rejiminə əməl olunması üzrə nəzarət zonasının yaradılması məqsədilə həyata keçirilir.

Qeyd edək ki, daha öncə Türkiyə Silahlı Qüvvələrinin Suriyada hərbi əməliyyatların aparılması üçün hazırlıqları başa çatdırdığı barədə məlumat yayılmışdı. AzVision.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR