Futbolçu ölkə prezidenti seçildi

Əfsanəvi futbolçu Corc Vea ölkəsinin başçısı seçilib. "Milan"ın sabiq hücumçusu Liberiyada keçirilən prezident seçkisində rəqibini qabaqlayıb. O, seçki prosesində əsas rəqibi Joze Bokaya qalib gəlməyi bacarıb.

1987-2003-cü illərdə Liberiya millisində 60 oyunda 22 qola imza atan keçmiş forvard karyerası ərzində "Milan"la yanaşı, "Monako", PSJ, "Çelsi", "Mançester Siti" və "Marsel" klublarının da formasını geyinib.

Qeyd edək ki, Corc Vea 1995-ci ildə "Qızıl top" mükafatını qazanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR