“Antarktidada Azərbaycan böyüklükdə dəlik” - təhqiramiz MANŞET

Dünyaca məşhur "Sputnik" xəbər agentliyinin türkcə bölməsi Antarktidada meydana gələn dəliyin böyüklüyü ilə bağlı maraqlı müqayisəylə diqqət çəkib.

Milli.Az xəbər verir ki, "Sputnik"in ardınca "Hürriyet" də eyni bənzətmədən istifadə edib.

Yazıda Toronto Universitetinin fiziki Prof. Dr. Kent Moore sözügedən dəliyin sahildən 100 kilometrlərlə kənarda əmələ gəldiyini qeyd edib: "Sanki, buzda böyük bir dəlik açılıb. Əgər peyklər olmasaydı, bu dəliyin orada meydana gəldiyini öyrənə bilməyəcəkdik".

Həmin ərazidə 1970-cı illərdə də bənzər dəliyin yarandığını, amma texniki imkanların olmaması səbəbiylə elm adamlarının lazımi araşdırma apara bilmədiyini qeyd edən Moore "Həmin dəlik yenidən yarandı" deyib.

Moore və digər alimlər peyk və robotların köməyiylə, 1970-ci illərdə insanları narahat edən bu təhlükənin qarşısını almaq üçün çıxış yolu axtaracaq. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR