İngiltərədən sərt bəyanat: "Kataloniyadakı müstəqillik cəhdi tanınmayacaq"

Böyük Britaniyanın Avropa üzrə naziri Dunkan yeni açıqlama verib. Dunkan Kataloniyadakı müstəqillik referendumunun qeyri-qanuni olduğunu bildirib. İngiltərəli nazir deyib: "Bu referendum qeyri-qanuni idi və hüququn üstünlüyünü şübhə altına alan bir cəhd idi. Bu səbəbdən heç bir müstəqillik elanını tanımayacağıq".

İspaniyanın Londondakı səfirini qəbul edən Dunkan görüşdən sonra Kataloniyadakı müstəqillik referendumun aid yazılı açıqlama verib. Dunkan qeyd edib ki, səsvermə ispan məhkəmələrinin bildirdiyi kimi İspaniya qanunları və Konstitusiyaya uyğun keçirilməyib və qeyri-qanunidir. Ölkə.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR