“Barselona”nın sabiq futbolçusu həbs edildi 

2001-2005-ci illərdə "Barselona"da çıxış etmiş braziliyalı futbolçu Fabio Roşembak xoruz döyüşdürdüyü üçün həbs olunub. Polislər 35 yaşlı sabiq futbolçunun 89 xoruzunu da müsadirə edib. Xoruzların ümumi dəyərinin 30 min avro olduğu bildirilir.

Qeyd edək ki, Roşembak karyerası ərzində "Barselona", Lissabon "Sportinq"i, "Midlsbro" kimi klublarda oynayıb. 7 dəfə Braziliya millisində də forma geyinmiş futbolçu, 2014-cü ildə karyerasını bitirib. Qafqazinfo

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR