Qətər bu şərti yerinə yetirsə - Körfəz böhranının həlli tapıldı

Birləşmiş Ərəb Əmirlikləri Körfəz koalisiyası ilə birgə sanksiyalar tətbiq etdiyi Qətərin qarşısına yeni şərt qoyub. Qətər FİFA 2022 Dünya Kubokuna ev sahibliyindən imtina edərsə, Körfəz böhranı sona çatacaq. Bu barədə BƏƏ-nin yüksək vəzifəli təhlükəsizlik nümayəndəsi Dahi Kaflan məlumat verib. Onun tvitter hesabından verdiyi bu açıqlama Qətəri boykot edən ölkələr arasında böhranın başa çatması ilə bağlı ilk müsbət addım kimi dəyərləndirilib. Rəsmi Qətər bu şərtlə bağlı hələ ki, heç bir açıqlama verməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn 5 iyundan etibarən terrorizmi dəstəkləməkdə ittiham etdiyi Qətərlə diplomatik münasibətləri kəsib və müxtəlif sanksiyalar tətbiq edib. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR