Roma Papasının gözünün altını kim qaraltdı?

Müasir Roma Papası 1-ci Fransısk öz ünvanına dəfələrlə "tale zərbəsi" almağı ilə məşhurdu. İlk təsdiq olunmuş, foto-telekameralar tərəfindən qeydə alınmış tale zərbəsinə o 11 fevral 2013-cü ildə məruz qalıb. Məhz bu tarixdə əvvəlki papa 16-cı Benedikt qəfil öz istefasını elan edir. Uca göylər biganə qalmır bu istefaya. Elə həmin gecə öz ildırım zərbələrini katolik kilsəsinin Romadakı baş məbədinə-Müqəddəs Pavel kilsəsinin uca qülləsinə sancırlar. Hadisə, izsiz-filansız ötüşmür, jurnalistlərin fotokameralarına düşür. Dünya mətbuatında əsl sunami dalğası qalxır: "Göylər, katoliklərə xəbərdarlıq göndərir deyəsən. Növbəti papanı çətin günlər gözləyir".

2013-cü ilin 13 martında-çox nəhs bir gündə növbəti Roma Papası 1-ci Fransisk Vatikana daxil olub girişir əvvəlcə maliyyə reformalarına. Vatikan bankının ("Istituto per le Opere di Religione") uzun qulaqlarından yapışıb məcbur edir tarixində ilk dəfə mətbuata maliyyə hesabatı versin. 2014-cü ildə proses lap dərinləşir. Bank rəhbərliyi maliyyə fırıldaqlarında itiham edilərək başqalarıyla əvəzlənir. 2015-ci ildə 1-ci Fransıskin xüsusi icazəsi ilə bu maliyyə yoxlamalarına dünyəvi audit şirkəti "Pricewaterhouse Coopers" qatılır. Hesabat bu gün də dəmir seyflərdədir. Nəşri zamanın siyasi sifarişindən asılıdır.

***

Tale zərbəsindən sonra növbə gəlib çatır fiziki zərbəyə.

Papanın on gün əvvəl başlanan Kolumbiya səfəri elə öz ilk saniyələrindən ciddi müqavimətlə üzləşir. Özü də bilmək olmur bu, taleyin müqavimətidir, yoxsa pərdəarxası maliyyə qurumlarının. Papa təyyarəsini Karib hövzəsində əvvəlcə okean qasırğası "İrma" haqlayır. Məcbur edir təyyarə öz əvvvəlki marşrutunu dəyişsin.

Təyyarəni Boqota aeroportuna qarşılayanlar bir müddət ağzıdualı qalırlar. Papanı sağ-salamat görəndə "şükür" deyib ovuclarını havaya qaldırırlar.

Beş gün çəkən səfərin ilk günlərində heç nə irəlidəki təhlükədən xəbər vermirdi. Səfərin hədəfi sadəymiş- solçu FARK partizanları ilə iqtidar yanlılarını danışıq masası arxasında otuzdurmaq.

Düzü, Latın Amerikası solçuları 1-ci Fransıska çox da üz verməzlər. Deyərlər o Argentina yepiskopu ikən ölkədəki çox saylı cinayətlərə göz yumub. Xunta tərəfindən hətta keşişlərin oğurlanıb öldürülməsinə belə etiraz etməyib.

Bu və ya digər sərt ittihamlar səfərin axırıncı günü mistik mənada 1-ci Fransıski cəzalandırır bir növ. Kartaxena şəhərindəki yetimlər evinə tələsərkən papa qəfil öz "papamobil"ində qəza keçirir. Qəfil, yetimlərdən biri özünü atır avtomobilin təkərləri altlna. Sürücü məcbur qalır ayağını əyləcə bassın. Müvazinətini saxlaya bilməyən papa gedib girir avtomobilin ön şüşəsinə. Nəticədə görürlər bıy...bu nədi belə? Papanın qaşı çərtilib, gözünün altı göyərib. Bu sifətdə də 1-ci Fransısk məcbur qalır Kolumbiya yetimlərini salamlasın. Mühafizə rəhbəri Domeniko Canni öz istefasını gətirir gözü qarşısına. Mətbuat rəhbəri Qreq Berq jurnalistlərə 1-ci Fransıskın kiçik açıqlamasını ötürür bu tale zərbəsi haqqında: "Məni gözümdən vurdular burda. Sağlığıma şükr edirəm".

***

KİÇİK HAŞİYƏ: "Associated Press" xəbər agentliyinin verdiyi məlumata görə, səfərdən azca əvvəl İŞİD mənsubları guya dövrü mətbuata belə bir açıqlama veriblər: "Papa öz canını bizdən qurtara bilməyəcək. İndidən gedib özünə məzar yeri axztarsın".

Vatikanın baş katibi Pyetro Parolin bu hədə-qorxuları istehza ilə cavablandırıb: "Bizdə olan məlumatlara görə, papanın həyatına təhlükə yoxdur".

İndi özünüz düşünün. Hansı laməkan qüvvə 1-cı Fransıskın qaşını yarıb, ağ əbasını qan ləkələri ilə bəzəyib? Gözünün altını qaraldıb əməlli-başlı? Yəni...

Yəni, İŞİD-çilər qiyabi şəkildə bax bu cür də cəzalandıra bilirlər öz növbəti qurbanlarını?

Vatikan ağzına su alıb susur bu barədə. Qorxudan səsini, cınqırını çıxarmır.

Doqrudan da nə sərt imiş, dəqiq imiş talenin ağır zərbələri...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR