Peterburqda 12 ticarət mərkəzi təxliyə edildi - Bomba var?

Bu gün Peterburqda 12 iri ticarət mərkəzinin əməkdaşı və müştəriləri təxliyə edilib. Məlumata görə, təxliyə təhlükəsizlik xidmətinə həmin obyektlərə bomba qoyulması barədə anonim zəng daxil olması ilə əlaqədar aparılıb. Hazırda həmin ticarət mərkəzlərinin ətrafının nəzarətə götürüldüyü bildirilir. Anonim zəng Peterburqun ayrı-ayrı rayonlarında yerləşən ticarət mərkəzlərini əhatə edib.

Qeyd edək ki, eyni hal Rusiyanın digər şəhərlərində də baş verib. Belə ki, ötən gün Moskvada anonim təhdid zəngləri kütləvi şəkildə qeydə alınıb. Ümumilikdə 100-ə yaxın obyektə bomba qoyulduğu bildirilib. 50 mindən çox adam təxliyə edilib. Zənglərin heç biri öz təsdiqini tapmayıb. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR