Prezident vertolyotunun küləyi aeroportun rəisini öldürdü

Tacikistanın Xoroq şəhərinin aeroportunun rəisi Dildor Maksudşoyev prezident İmomali Rahmonu yola salarkən həlak olub.

Virtualaz.org "Azadlıq" radiosunun tacik xidmətinə istinadən xəbər verir ki, Rahmon Dağlıq-Bədəxşan muxtar vilayətinə səfərini başa vurarkən Darvazsk rayonunun Yaxçı Sor kəndinə baş çəkib. Prezident kəndə baş çəkdikdən sonra vertolyota əyləşib. Prezident vertolyotunun işləyən pərlərinin yaratdığı külək yaxınlıqda dayanan Maksudşoyevi havaya qaldırıb və yaxınlıqdakı qayaya çırpıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

"Aerport rəisi havaya qalxmağa başlayan vertolyotun yaxınlığında dayanmışdı. Vertolyotun pərlərinin yaratdığı güclü külək yerə sərilmiş və Maksudşoyevin üzərində dayandığı xalçanı bükdü, küləyin gücünə dayanmayan xalça aeroport rəisi ilə birlikdə havaya qalxdı və yaxınlıqdakı iri daşa çırpıldı"-hadisənin şahidləri bildiriblər.

Aepoport rəisi prezidenti Darvazsk rayonuna səfərdə müşaiyət edən və qarşılayan məmurların arasında olub. İmomali Rahmon həmin kəndə daşqınların nəticələrindən əziyyət çəkmiş sakinlərlə görüşmək üçün getmişdi.

İnsidentə baxmayaraq prezidentin vertolyotu havaya qalxıb və İmomali Rahmon Daşkəndə yola düşüb. Onun aeroport rəisinin ölümünə hansı reaksiyanı verdiyi məlum deyil.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR