Səudiyyə Ərəbistanı Bəşər Əsədə qarşı münasibətini dəyişdi

Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşər Əsədin ölkənin siyasi gələcəyində mühüm rol oynayacağı faktı ilə barışıb. "İzvestiya" Rusiyadakı yüksək vəzifəli diplomatik mənbələrə istinadən bildirir ki, Əsədin devrilməsinin zəruri olması ilə bağlı məsələ Suriyada vəziyyətin nizamlanması üzrə aparılan qapalı danışıqlarda daha qaldırılmır.

"Onlar anlayırlar ki, Bəşər Əsəd reallıqdır, onunla iş görmək lazım gələcək", - deyə mənbə bildirib və əlavə edib ki, "hazırkı qüvvələr nisbəti səudiyyəliləri ritorikanı dəyişməyə məcbur edir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR