Züqanovdan Ermənistana xəbərdarlıq: “Buna imkan verməyəcəyik”

Azərbaycan Rusiya əlaqələri həmişə prioritet olub. Bu əlaqələr strateji tərəfdaşlıq və dostluq əlaqələrinə söykənir. Bunu "Moskva - Bakı oxu" konfransından əvvəl jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov bildirib. 

"Ona görə də mən düşünürəm ki, problemlərin burda müzakirəsi prinsipial xarakter daşıyır. Azərbaycanı gələcəkdə Avrasiya İqtisadi Birliyinin tərkibində görürəm və hesab edirəm ki, de-fakto o, bu birliyin artıq tərkibindədir. Mən Azərbaycanın Rusiya və digər qonşularla əlaqələrinin olmadan inkişafını görmürəm. Mən Rusiyada sıx, qarşılıqlı əlaqələr olmadan Qafqazda sülh və əmin-amanlığın olacağını düşünmürəm. Qarabağmünaqişəsinin həlli üçün tərəflər danışıqlar masasının arxasında oturmalı və həll yolunu tapmalıdırlar. İstənilən münaqişədə xoş iradə və səbr göstərmək lazımdır". 

Züqanov, həmçinin Ermənistanda anti-Rusiya meyllərinin inkişafına və NATO-ya inteqrasiya etmək istəyinə də münasibət bildirib: "Rusiyadan kənarlaşan bütün yerlərdə vəziyyət pisləşir. Ermənistan və erməni xalqı bunu hamıdan yaxşı bilir. İsterikaya gəldikdə isə, elə bizdə, Moskvada da Amerika tütəyinə oynayanlar az deyil. Bu insanlar Rusiyaya xidmət etmir, vəziyyəti gərginləşdirmək üçün hər şey edirlər. Bu güclərə Ermənistanda ayaq açmağa imkan vermək lazım deyil. Biz onlara ayaq açmağa imkan verməyəcəyik". AzVision.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR